260 nəfər peşə hazırlığına cəlb edib
17 mart 2014 10:47 (UTC +04:00)

260 nəfər peşə hazırlığına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) işsiz və işaxtaran vətəndaşlar üçün məşğulluq imkanlarının yaradılması məqsədilə onların mövcud əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkilinə xüsusi önəm verir. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.

 

Bu məqsədlə cari ilin yanvar-fevral aylarında DMX orqanları tərəfindən bərbər, qaynaqçı, tikişçi, dərzi, kompüter istifadəçisi, kompyüterçi-dizayner, qənnadçı və s. peşələr üzrə 15 peşə hazırlığı kursu təşkil edilib. Kurslara ümumilikdə 258 nəfər işsiz və iş axtaran vətəndaş cəlb olunub. Kurslardan 12-si ənənəvi, 3-ü modul təlim proqramları əsasında və təcrübəli peşə təlimi

mütəxəssisləri tərəfindən aparılır. Müdavimlər kursları bitirdikdən sonra DMX

orqanları tərəfindən onların yeni yiyələndikləri peşələr üzrə münasib işlərlə təminatı həyata keçiriləcək.

 

Peşə tədrisi kurslarının böyük əksəriyyəti DMX-nin tabeliyində olan və peşə təlimi üçün müvafiq maddi-texniki bazaya malik Bakı Regional Peşə Tədris Mərkəzində və Naxçıvan Peşə Tədrisi Mərkəzində təşkil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650

Oxşar yazılar