2400 ailə “Sovetski”dək köçmək istəyir
19 sentyabr 2014 18:09 (UTC +04:00)

2400 ailə “Sovetski”dək köçmək istəyir

 

 

Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 2400-ə çatıb.


 

Bu barədə APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov bildirib.

 

O deyib ki, 2115 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 2076 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır. Komissiya sədri söküntü ərazisinə düşən 3 447 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, 1406 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb.

 

S.İslamov bildirib ki, avqust-sentyabr ayları ərzində əsas diqqət söküntü və söküntü materiallarının daşınmasına yönəlib. Onun sözlərinə görə, sentyabrın 15-də tədris ilinin başlaması ilə əlaqədar çoxlu sayda mənzil və qeyri-yaşayış sahəsinin söküldüyü Mirzağa Əliyev küçəsini bir həftə ərzində bağlamalı olublar: “24 saat qrafikində çalışıldı və oradan 350 maşın söküntü tullantısı daşındı. Bütün qüvvələrimizi səfərbər etməklə sentyabrın 15-dək tullantıların daşınmasına və yolun yenidən açılmasına nail olduq”.

 

Köçürmə Komissiyasının həftənin 2 və 4-cü günləri, avqustun 4-də Komissiyanın nəzdində yaradılmış Hüquqi Yardım Qrupunun həftənin 1, 3 və 5-ci günləri fəaliyyət göstərdiyini xatırladan S.İslamov bu qrupun fəaliyyətinin özünü doğrultduğunu vurğulayıb: “Vətəndaşlara təmənnasız hüquqi yardım göstərən Hüquqi Yardım Qrupu uzun illər həllini tapmayan mübahisəli məsələlərlə bağlı vətəndaşların mənafelərini müdafiə etmək üçün məhkəmədə 11 vətəndaşın iddiasını qaldırıb və hazırda iddialar məhkəmə baxışındadır”.

 

Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921
avatar

Oxşar yazılar