Bu il ilk sınaq imtahanında 23 mindən çox abituriyent iştirak edəcək
30 mart 2018 10:24 (UTC +04:00)

Bu il ilk sınaq imtahanında 23 mindən çox abituriyent iştirak edəcək

 
Dövlət İmtahan Mərkəzi  I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 1-də keçiriləcək sınaq imtahanında iştirak etmək üçün 23579 abituriyent qeydiyyatdan keçib. DİM-dən Lent.az-a verilən məlumata görə, imtahanlar respublikanın 18 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.
 
 
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İmişli, Şirvan, Lənkəran, Masallı, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 49 binada təşkil olunacaq. 
 
 
Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.
 
 
İmtahanların idarə edilməsi üçün 147 imtahan rəhbəri, 1408 nəzarətçi-müəllim ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305
avatar

Oxşar yazılar