22 nəfər imtahandan qovuldu
01 iyul 2014 10:12 (UTC +04:00)

22 nəfər imtahandan qovuldu

 

Ümumi orta təhsil bazasında (9 illik ) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 14925 abituriyentdən 1249 nəfəri imtahana gəlməyib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, 22 abituriyent imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv olunub.

 

Abituriyentlərdən 9288 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb. 2 abituriyent ən yüksək nəticə göstərərək 57 bal toplayıb. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş cari il məzunlarının bu təhsil pilləsinə (kolleclərə) müsabiqəsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq.

 

Əlavə məlumatları “Abituriyent” jurnalının 3-cü sayından və TQDK-nın internet saytından öyrənmək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810

Oxşar yazılar