Hazırda Azərbaycanda 4563 adda dərman dövlət qeydiyyatındadır və onlar dövlət reyestrinə daxil edilib.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi dövlət təhlükəsizliyi ilə bağlı illik hesabatında bildirilir ki, ötən il əczaçılıq fəaliyyəti göstərən müəssisələrə və satılan dərman preparatlarının keyfiyyətinə nəzarət gücləndirilib.
2014-cü il ərzində ümumilikdə ölkə üzrə 104 aptek təşkilatında yoxlamalar keçirilib. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 19 obyekt aşkarlanaraq fəaliyyəti dayandırılıb. Keçirilən reydlər nəticəsində Azərbaycanda dövlət qeydiyyatına alınmayan və yararlılıq haqqında analiz protokolları olmayan 1490 qutu dərman preparatı müsadirə edilib.
Hesabat ili ərzində sanitar epidemioloji qaydaların və normaların pozulmasına görə 1000-dən çox cərimə tətbiq edilib, 400-ə qədər obyektin fəaliyyətinin dayandırılması haqqında qərarlar qəbul olunub, 250 nəfərə qədər şəxs haqqında işlərə baxılması hüquq mühafizə orqanlarına müraciət edilib.