18 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədi ilə edilən dəyişiklik iyulun 1-dən qüvvəyə minəcək.
Test rejimi müddətində yeni sxem üzrə hərəkət edən avtobusların sayı 23-dən 31-ə qədər artırılacaq. Sonralar isə bu say sərnişin axınına uyğun olaraq tənzimlənəcək.