15 rayonun bağçalarında yeni kurikulum tətbiq olunacaq
26 may 2014 12:30 (UTC +04:00)

15 rayonun bağçalarında yeni kurikulum tətbiq olunacaq

“Təhsil Nazirliyi özəlləşdirilən uşaq bağçalarının təyinatına görə istifadə edilməsinə nəzarət edirmi” sualına nazirlikdən aydınlıq gətirilib. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, ölkə prezidentinin sərəncamına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Bu səbəbdən də neçə məktəbəqədər təhsil müəssisəsinin özəlləşdirilməsi və təyinatına görə istifadə edilməsi barədə Təhsil Nazirliyində heç bir məlumat yoxdur.  

 

İcma tipli bağçaların, qısamüddətli qrupların fəaliyyətinə gəlincə, TN-dən bildirilib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycana Birgə Yardım, Müasir Təhsil və Tədrisə Yardım mərkəzləri, BP şirkətinin maliyyə dəstəyi ilə isə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən respublikanın bir neçə bölgəsində təşkil edilmiş icma əsaslı qısamüddətli təlim qrupları fəaliyyət göstərir.  

 

Növbəti ildən seçilmiş 15 pilot rayonun məktəbəqədər təhsil müəssisələrində “Məktəbəqədər təhsilin proqramı (kurikulumu)”nın tətbiqinə başlanacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 961

Oxşar yazılar