Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri çərçivəsində 3 oktyabr tarixdən etibarən yüksək təzyiqli qaz borularının dəyişdirilməsi işlərinə start veriləcək.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, buna görə sözügedən tarixdə səhər saat 10:00-dan etibarən 15 gün müddətinə Zığ-Hövsan yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülər alternativ olaraq Zığ-Suraxanı avtomobil yolundan yolundan istifadə edərək yenidən Hövsan yoluna çıxmaqla və ya Zığ-Hava limanı avtomobil yolundan (beton yol) istifadə edərək birbaşa Hövsan qəsəbəsinə daxil olmaqla hərəkət istiamətlərinə uyğun yollarına davam edə bilərlər.
“Azəravtoyol” ASC yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir!