AzərTac Dövlət Kino-Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədilə 1554 fotosənəd təhvil verilib. Bu barədə Lent. az-a Arxivdən məlumat verilib.
2012-ci ili əhatə edən fotosənədlər dövlət başçısının rəsmi qəbullarını, regionların sosial-iqtisadi inkişafına aid dövlət proqramlarına uyğun yerinə yetirilən layihələri əks etdirir. O cümlədən, fotosənədlər Azərbaycanda keçirilən beynəlxalq sərgiləri, forumları və təhsil, mədəniyyət, səhiyyə, içməli su və s. sahələrdə dövlət sifarişi ilə yerinə yetirilən layihələrin icrasını əks etdirir. Qəbul edilmiş sənədlər içərisində Bakı şəhərinin rayonlarında əsaslı təmir olunan və yeni tikilən uşaq bağçaları, körpələr evi, məktəblərin fotoşəkilləri say etibarı ilə üstünlük təşkil edir.
Hazırda arxivdə fotosənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir, məzmunlarının qısa açıqlanması hazırlanır.