11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri açıqlandı
15 iyun 2014 13:47 (UTC +04:00)

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri açıqlandı

0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də Naxçıvan Muxtar Respublikasında, həmçinin Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Lent.az-ın məlumatına görə, nəticələr bu gün saat 13:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

İyun ayının 13-də tam orta təhsil bazasında (11 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.    

 

XI sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının  sayının 5 ballıq qiymət şkalasına  (2,3,4,5) uyğunluğu aşağıdakı  cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana  dili 
(Azərbaycan bölməsi)

Ana dili 
(rus bölməsi)

Riyaziyyat

0-7 

0-7 

0-7 

8-17 

8-17 

8-16 

18-25 

18-25 

17-24 

26-30 

26-30 

25-30

 

 

 

 

 

 

 

 

 

 

İyunun 13-də tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumat

11 (Tam orta təhsil)

 

 

 

 

Ana dili

 

Riyaziyyat

 

      

 

 

 

 2

5298

  2

5391

 3

7818

  3

7471

 4

4046

  4

4416

 5

2890

  5

2774

Cəmi

20052

Cəmi

20052

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3081

Oxşar yazılar