Xəbər "oğurluğu"  nun qarşısı bu cür alınacaq
10 dekabr 2021 11:42 (UTC +04:00)

Xəbər "oğurluğu" nun qarşısı bu cür alınacaq

Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.

Lent.az xəbər verir ki, bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsinə istinadla istifadə edə bilər.

Bu məhdudiyyətlər dövlət orqanlarının (qurumları) yaydığı rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilməyəcək. Bu qanunun 77.2-ci maddəsində nəzərdə tutulmuş hallarda media subyektləri məlumat və informasiyaların həqiqətə uyğun olub-olmamasına görə məsuliyyət daşımayacaq.

Qanunun 77.2-ci maddəsi mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalistin aşağıdakı hallarda məsuliyyət daşımadığını nəzərdə tutacaq:

- həmin məlumat dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi yayılmışdırsa;

- həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;

- həmin məlumat Milli Məclisin deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müәssisә, təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;

- həmin məlumat canlı yayımla efirə gedən çıxışlarda səsləndirilmişdirsə.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2307
avatar

Aytəkin Cəlali

Oxşar yazılar