Xarici diplomların tanınmamasının səbəbi  AÇIQLANDI
30 mart 2021 11:45 (UTC +04:00)

Xarici diplomların tanınmamasının səbəbi AÇIQLANDI

Xarici diplomların tanınması barədə mənfi qərarların səbəbləri açıqlanıb.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Təhsildə Keyfiyyət Təminatı Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında aşağıda qeyd edilən iki göstərici üstünlük təşkil edir:

1. Tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması;

2. Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması”.

Təhsil Nazirliyindən verilən məlumatda o da qeyd edilir ki, 2017-ci ildən etibarən verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir.

“Həmin ali təhsil müəssisələri tələbələr ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzunlara diplom təqdim edir. Bu səbəbdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşları seçim edərkən daha da diqqətli olmağa çağırır”.

Həmin ali təhsil müəssisələrinin siyahısını diqqətinizə çatdırırıq:

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2331
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar