Xaricdən məhsul sifariş edənlərin  DİQQƏTİNƏ
06 yanvar 2021 16:20 (UTC +04:00)

Xaricdən məhsul sifariş edənlərin DİQQƏTİNƏ

“Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində yaranan texniki problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Lent.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bəyanetmə prosesində yaranan çətinliklər tezliklə aradan qaldırılacaq. 

Komitədən bildirilir ki, daşıyıcı şirkətlər yaranmış problem həllini tapana qədər xarici anbarlarındakı malları ölkəyə gətirə bilərlər və bununla bağlı heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "Smart customs" mobil tətbiqi ilə bəyan edilməsi məcburi idi. Əks halda məhsulların ölkəyə gətirilməsi mümkün deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2034
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar