Xaricdə Təhsil üzrə Qəbullar Aktivləşdi – UniDestin Təhsil Mərkəzində pulsuz konsultasiyalar davam edir
11 dekabr 2025 11:37 (UTC +04:00)

Xaricdə Təhsil üzrə Qəbullar Aktivləşdi – UniDestin Təhsil Mərkəzində pulsuz konsultasiyalar davam edir

0

Xaricdə təhsil almaq istəyən tələbələr üçün foundation (hazırlıq), bakalavr və magistratura proqramlarına qəbul mərhələsi aktiv şəkildə davam edir. Artan marağı nəzərə alaraq, UniDestin Təhsil Mərkəzi müraciət edən tələbə və valideynlər üçün pulsuz ilkin konsultasiya xidməti təqdim edir.

Konsultasiyalar zamanı tələbələrin akademik göstəriciləri, dil bilikləri və gələcək ixtisas seçimləri əsasında fərdi yol xəritəsi hazırlanır. UniDestin komandası tələbələrə ölkə və universitet seçimi, sənədlərin hazırlanması, müraciətlərin icrası, yerləşdirmə və viza mərhələlərinin hər birində səmərəli dəstək göstərir.

Qəbul prosesinin əsas tələblərindən biri də dil biliklərinin sertifikatla təsdiqlənməsidir. Bu məqsədlə UniDestin Təhsil Mərkəzində IELTS və HSK üzrə sınaq imtahanları, eləcə də ödənişsiz səviyyə yoxlama testləri mütəmadi şəkildə təşkil olunur. Sınaq nəticələrinə əsasən, tələbələrə dil hazırlığı istiqamətində uyğun proqramlar tövsiyə edilir.

UniDestin Təhsil Mərkəzi bildirir ki, yaxın günlərdə müxtəlif ölkələrin universitetləri ilə bağlı əlavə məlumatlandırma tədbirləri və təqdimatlar da təşkil olunacaq.

Qeyd edək ki, hazırda foundation, bakalavr və magistratura proqramlarına müraciət etmək istəyənlər ödənişsiz konsultasiyalardan yararlana bilərlər.

Əlaqə:

+994 55 848 03 09

+994 50 836 44 99
Veb: 
www.unidestin.com

E-poçt: [email protected]

Ünvan: 203 Nizami ST, Bakı( AF Business House, 4-cü mərtəbə)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar