Xarı bülbülü Zəfər rəmzinə çevirən şəhidlərimiz Şuşada anıldı - VİDEO
04 yanvar 2021 16:28 (UTC +04:00)

Xarı bülbülü Zəfər rəmzinə çevirən şəhidlərimiz Şuşada anıldı - VİDEO

İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi, Azərbaycan ordusunun zəfər simvolu olan möhtəşəm Xarı bülbül Şuşa şəhərinin girişində torpağa sancıldı. Şuşada Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etdiyi zaman qəhrəmanlıqla həlak olan əziz soydaşlarımızın müqəddəs ruhunu anmaq, onların qəhrəmanlıq hekayələrini gələcək nəsillərə ötürmək üçün anım tədbiri keçirilib. 

Lent.az xəbər verir ki, tədbirdə Azərbaycan mədəniyyətinin tanınmış simaları xalq artistləri Alim Qasımov, Nürəddin Mehdixanlı, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Natiq Şirinov, Nəzakət Teymurova, əməkdar artistlər Sevda Ələkbərzadə, Rəşad Haşımov, Lamiyə Kərimova, Fərqanə Qasımova, Mehriban Zəki, gənc ifaçılar Mirələm Mirələmov, Murad Arif, Çingiz Mustafayev iştirak ediblər. 

Tədbir iştirakçıları Gövhər Ağa Məscidini ziyarət edərək torpaqlarımızı həyatı bahasına işğaldan azad edən şəhidlərimizin ruhuna dualar oxuyub əziz xatirələrini yad ediblər. 

Şəhidlərə həsr olunmuş bir neçə şeir səsləndirən Nurəddin Mehdixanlının gecəyə qatdığı ovqat Şuşada xidmət edən əsgərlərimizin də ürəyincə olub. Qarabağ həsrətinin bitməsini tərənnüm edən Xarı Bülbülün emblemi tarixi ərazilərinə sahib çıxan Azərbaycanın rəmzi kimi Şuşanın girişində torpağa sancılıb. 

Qeyd edək ki, ədəbi-bədii gecə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Qələbəmizə və Şəhidlərimizin əziz xatirəsinə həsr olunan silsilə layihələrdən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4107
avatar

Oxşar yazılar