Firuzə Gülalıyeva və Oqtay Gülalıyev
22 may 2021 11:57 (UTC +04:00)

Firuzə Gülalıyeva və Oqtay Gülalıyev

Xanımı: "Oqtay Gülalıyevin səhhəti hər gün yaxşıya doğru gedir"

Avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva yerli mediaya müsahibə verib.

Lent.az məlumat verir ki, F.Gülalıyeva müsahibə zamanı bildirib ki, hüquq müdafiəçisinin sağlamlığı yaxşılaşıb və hər gün irəliləmə gedir:

“Artıq əli ilə hərəkət edir, nəsə deməyə çalışır. Bəzən istəmədiyi bir şey olanda əli ilə bunu bizə bildirir. Boğazına sarğı bağlanıb və həkimlər səs tellərinin də zamanla düzələcəyini bildirir. Oqtay bəy hətta bir neçə dəfə səs də çıxarıb. Gözləyirik ki, tamamilə düzəlsin və bizimlə aydın danışa bilsin”.

Hüquq müdafiəçinin həyat yoldaşı Heydər Əliyev fondunun hüquq müdafiəçisinə ehtiyi köməklərdən də söz açıb:

“Oqtay bəy Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə xəstəxanaya müalicəyə götürüldükdən sonra üç dəfə baş-beynindən əməliyyat olundu. Əməliyyat olunan vaxt Fondun icraçı direktoru Anar Ələkbərov özü birbaşa mənlə telefon əlaqəsi saxlayırdı və səhhəti ilə daimi maraqlanırdı. Xəstəxanada Oqtay bəy üçün əllərindən gələn hər şeyi etdilər.

Qeyd edim ki, Azərbaycanda onun 20 faiz yaşama ehtimalı olmasını bizə bildirmişdilər. Əgər Oqtay bəy Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə müalicə üçün aparılmasaydı, indi bizim aramızda yox idi. Oqtay bəyin həyatda qalmağı Allahdan möcüzədir və həqiqətən də bunda dövlətin dəstəyi böyük oldu. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma göstərdikləri dəstəyə görə bir daha dərin təşəkkürümü bildirirəm”.

F.Gülalıyeva əlavə edib ki, hüquq müdafiçəsi Türkiyədən Azərbaycana gətiriləndən bəri hər gün xüsusi həkim nəzarətindədir:

“Biz Türkiyədən Azərbaycana qayıtdıqdan sonra Heydər Əliyev Fondu tərəfindən 3 aylıq dərmanları, yeməkləri alınıb bizə verildi.

Həmçinin qurum tərəfindən Səhiyyə Nazirliyinə Oqtay bəylə bağlı tapşırıq da verildi. Ondan sonra hər gün tibb bacıları 09:00-dan 18:00-dək gəlib Oqtay bəyə baxırlar. Oqtay bəyin səhhətinin hər gün daha da yaxşıya doğru getməsi bizi sevindirir”.

Xatırladaq ki, 2019-cu ilin oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb və komaya düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1830
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar