Vüsalə Hüseynli: “Digər millətlər kimi ermənilər də Azərbaycan qanunları ilə yaşamalıdırlar”
01 mart 2023 19:00 (UTC +04:00)

Vüsalə Hüseynli: “Digər millətlər kimi ermənilər də Azərbaycan qanunları ilə yaşamalıdırlar”

“Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə keçirilən görüş artıq Azərbaycan  vətəndaşı olan ermənilərin ölkə qanunlarına inteqrasiyasına dəstək vermək məqsədi daşıyır. Bunun altında başqa nüanslar axtarmaq sadəcə qeyri-peşəkarlıqdır”. 

Bununla bağlı  açıqlama verən siyasi ekspert Vüsalə Hüseynli bildirib ki, bu gün Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan dövlətinin digərləri kimi vətəndaşlarıdır: “Ölkə başçısı bütün çıxışlarında   mütəmadi qeyd edib ki, digər vətəndaşlar kimi  Qarabağ ərazilərində yaşayan ermənilər də Azərbaycan dövlətinin vətəndaşlarıdır. Təbii ki, Azərbaycan dövləti digər vətəndaşları kimi onların da probleminin həllinə həssaslıq nümayiş etdirməlidir. Onlarda öz növbələrində Azərbaycan dövlətinin qanunları çərçivəsində  bu ərazilərdə yayaşamq hüquqları var. Proses ölkə başçısının göstərişinə uyğun olaraq, yeni başlayıb, Təbii ki, buna  kölgə salmağa çalışanlar, başa düşmədən danışanlar ola bilər. Ancaq beynəlxalq hüquq çərçivəsində kimlər ki ölkə qanunlarına tabedirlər və Azərbaycan vətəndaşlığını qəbul edəcəklərsə onların yayaş hüququ digər vətəndaşlar kimi qounacaq. Yox əgər bununla razılaşmayan olarsa təbii ki, bu əraziləri tərk etməli olacaqlar. “  

V.Hüseynli onu da vurğulayıb ki, bu gün artıq Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına dönüşü ilə bağlı ciddi işlər görülür: “Bu isə ona işarə edir ki, artıq proseslərin sabitləşməsi, sülh müqaviləsinin imzalanmasına çox yaxın məsafədəyik. Bu baxımından Azərbaycan dövlət sərhədləri çərçivəsində yaşayan hər vətəndaşı ilə müəyyən müzakirələrin aparılmasına da normal yanaşmaq lazımdır. Ermənilər də digər millətlərin nümayəndələri kimi, ölkə qanunları çərçivəsində yaşama inteqrasiya etməlidirlər. Biz dövlət olaraq onlara bu seçimi təqdim etmişik.” 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3059

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var -  SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

13 may 2025 , 00:02
Dörd BÜRC üçün  pul çay kimi  axacaq 

Dörd BÜRC üçün pul çay kimi axacaq 

12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq  təhlükəlidir - XƏBƏRDARLIQ

Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ

12 may 2025 , 18:25
Leysan, dolu və sulu qar  XƏBƏRDARLIĞI

Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI

12 may 2025 , 16:54
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat

Dahilərdən qadınlar haqqında 9 sitat

12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR

Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR

12 may 2025 , 15:35