Vətəndaşı döyüb videosunu yayanları hansı cəza GÖZLƏYİR?
29 aprel 2022 16:46 (UTC +04:00)

Vətəndaşı döyüb videosunu yayanları hansı cəza GÖZLƏYİR?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu kiməsə şiddət göstərərək üzr istəməsini tələb edən və bunu videoya çəkib paylaşanlarla bağlıdır.

Aprelin 28-i mediada və sosial şəbəkədə yayılan görüntülərdən biri Ağdaşda bir qrup yeniyetmənin bir nəfərə şiddət göstərərək, ondan üzr istəməsini tələb etməsi oldu. Bu görüntülər oxucular və izləyicilərin hiddətinə səbəb oldu, geniş müzakirə obyektinə çevrildi. Bəziləri həmin yeniyetmələrin ağır cəzalandırılmasını tələb etdilər.

Cəza demişkən, görəsən, belə hərəkət edənləri qanunvericilikdə hansı cəza gözləyir?

Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev cavab verib. O bildirib ki, bu rada Cinayət Məcəlləsinin 2 maddəsi üzrə iş qaldırıla bilər:

Şamil Paşayev

“Qanunvericiliyə əsasən, insanların razılığı olmadan onların üzr videosunun çəkilib yayılması qadağandır. Xüsusən, bir nəfərin şiddətə məruz qalaraq üzr istədilməsi ictimai qaydanın pozulması və ictimaiyyətə hörmətsizlikdir. Bu da vətəndaşın üzərində zor tətbiq etmə ilə müşahidə olunur. Bu, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin tərkibini özündə ehtiva edir. Təbii ki, hadisə araşdırılıqdan, ifadələr alındıqdan sonra bu və ya digər maddə üzrə cinayət işi açıla bilər. Bəzən bu cür xuliqanlıqlar ən mənasız hadisələrə görə baş verir. Təəssüf ki, bir neçə nəfərin qrup şəklində bir nəfərə şiddət göstərməsi kimi videolarla rastlaşırıq.

Burada ikinci maddə sözsüz ki ğzbaşınalıqdır (Cinayət Məcəlləsinin 322-ci maddəsi). Bu maddəyə görə müəyyən səhv edən insanı hüquq-mühafizə orqanları deyil, bir qrup şəxs cəzalandırılır. Halbuki həmin şəxsin səhvi ilə bağlı polisə məlumat verilməli və polis onun barəsində tədbir görməli idi. Ümumiyyətlə bu üzr videoları cəmiyyətin hər təbəqəsindən, hər yerdən silinməli və buna son qoyulmalıdır”.

# 2304
avatar

Mehman Nəbiyev

Oxşar yazılar