DİN-in sıralarına qoşulmaq arzusunda olan gənclərlə müsahibələrdə —-“Torpaqlarımız işğaldadır. Hər an Əmr ola bilər. Hazırsanmı?” -deyə soruşulan ilk suallardan biri bu olurdu. Cavablar həmişə qəti idi: “Bəli. Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazıram”.
Lent.az-ın xəbərinə görə bu fikirləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyev öz sosial şəbəkə hesabında paylaşıb.
"Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərinə cəlb edilən DİN əməkdaşları üzərlərinə düşən vəzifələri şərəflə, ləyaqətlə yerinə yetirdilər. Bu gün də xidmətlərini davam etdirirlər.
Yadımdadır ki, Şuşa, Xankəndi ətrafında yolsuzluq şəraitində gecə postları yoxlayırdıq. Təhlükə var idi. Çünki separatçıların qalıqları meşələrə, dağlara səpələnmişdilər, təxribatlar törədirdilər. Orada DİN əməkdaşlarının təhlükəyə qarşı necə sipər olduqlarını görürdük… Hər biri orada olmanın, xidmətin qürurunu yaşayırdı.
Allah şəhidlərə rəhmət eləsin",- o bildirib.