Milli Məclisin deputatı Etibar Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefası ilə bağlı qalmaqallı paylaşım edib.
Lent.az xəbər verir ki, deputat öz feysbuk hesabında paylaşım edərək Vasif Talıbovun saxta diplom aldığını iddia edib.
Paylaşımı olduğu kimi təqdim edirik:
"Naxçıvan Ali Məclisinin İclas zalının görüntüləri yayıldı. Kolxoz klublarına oxşayırdı. Kreslolarda yazı masası belə qadağan edilib. Zalın qabitusundan görünür ki, çıxışlar üçün tribuna yoxdur. Səsvermə də unikaldır - əl qaldırma üsulu ilə həyata keçirilirmiş. Əkə elə- belə XXl əsrə (iks, iks, bir əsri) demirmiş. Başqa bir məzhəkə, Naxçıvanda oturub BDU- da 2-ci təhsil , “Hüquq” təhsili (38 yaşında) “alıb”. Diplomunu aparıb elə həmən Məclisdə təqdim ediblər".