Uşaqlar üçün yaradılan "Qaynar xətt" nə zaman fəaliyyətə başlayacaq?
18 iyun 2021 16:17 (UTC +04:00)

Uşaqlar üçün yaradılan "Qaynar xətt" nə zaman fəaliyyətə başlayacaq?

0

“Hazırda uşaqlar üçün ümumrespublika qaynar xəttinin yaradılması üzrə işlər davam edir”.

Bu sözləri Lent.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. O bildirib ki, qurumun tərkibində uşaq məsələləri üzrə konkret ixtisaslaşmış “Qaynar xətt” yaradılır:

“Bunun il ərzində yaradılması üçün maliyyə ayrılıb və sözügedən "Qaynar xətt" xidmətinin ilin sonundan fəaliyyətə başlaması nəzərdə tutulub".

E.Səfərov qeyd edib ki, qurum həmçinin qeyri-hökumət təşkilatının “Qaynar xətt” xidmətinə də dəstək göstərir:

"Bizim “860” nömrəli “Qaynar xətt”imiz isə ümumiyyətlə məişət zorakılığı qurbanları üçündür".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1461

Oxşar yazılar