Uşaq Evi 7 aylıq körpəni niyə qəbul etmədi? - ÖZƏL AÇIQLAMA  - VİDEO
09 iyun 2021 18:05 (UTC +04:00)

Uşaq Evi 7 aylıq körpəni niyə qəbul etmədi? - ÖZƏL AÇIQLAMA - VİDEO

"İki gün öncə mənə göndərilən videonu Nizami Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanlarla işin təşkili və Uşaq hüquqlarının müdafiəsi Komissiyasına göndərdim".

Lent.az məlumat verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O qeyd edib ki, Keşlə qəsəbəsində yaşayan Nigar adlı qadının 4 uşağının 3-ü dərhal Sosial Xidmətlər Agentliyinin tabeçiliyində olan sosial Sığınacağa yerləşdirilib:

"Amma 7 aylıq körpə rəsmi məktub əsasında Səhiyyə Nazirliyinin 1 saylı Körpələr evinə aparılsa da, onu qəbul etməyiblər".

Mövzu ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq 1 nömrəli Körpələr Evinin baş həkim əvəzi Simuzər Topçibaşova bildirib ki, 8 iyun Nizami Rayon İcra hakimiyyəti qəyyumluq və himayədarlıq komissiyasının üzvü Ə.Axundov, psixoloq A.Adilova, Nizami rayon polis idarəsinin YYÇ bölmə rəisi polis mayoru N.Yusifov tərəfindən 1 nömrəli Körpələr Evinə gətirilən qız cinsindən olan körpənin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyindən körpənin müəssisəyə qəbulu baş tutmayıb:

"Prosedur qaydaya uyğun olaraq, körpə tibbi arayışla, ya da müvafiq tibb müəssisəsində müayinə olunduqdan sonra Körpələr Evinə qəbul edilə bilər. İcra Hakimiyyətinin nümayəndələrinə körpənin sənədlərini təqdim edildiyi təqdirdə Körpələr Evinə qəbul ediləcəyi bildirilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4203
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar