Uşağın anadan olmasına görə müavinət necə təyin olunur? - CAVAB
27 yanvar 2022 14:04 (UTC +04:00)

Uşağın anadan olmasına görə müavinət necə təyin olunur? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu uşağın anadan olmasına görə müavinətlərin necə verilməsi ilə bağlıdır.

Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyin edilməsi elektron qaydada həyata keçirilir. 

Bəs, həmin müavinət necə təyin olunur?

Lent.az-ın bu sualı Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cavablandırılıb. 

Belə ki, uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra müavinət elektron qaydada təyin olunur. Bunun üçün valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə ehtiyac yoxdur. Birdəfəlik müavinət uşağın anasına təyin edilir. Ana olmaqdıqda və ya digər istisna hallarda isə atasına təyin olunur. 

Qeyd edək ki, bu barədə daha sonra valideynə sms vasitəsi ilə məlumat göndərilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5142
avatar

Aytəkin Cəlali

Oxşar yazılar