Uşağa şprislə işgəncə verən dayə POLİSƏ APARILDI  - YENİLƏNİB
02 fevral 2022 18:19 (UTC +04:00)

Uşağa şprislə işgəncə verən dayə POLİSƏ APARILDI - YENİLƏNİB

Bakıda uşağa şprislə işgəncə verən dayə polisə çağırılıb.

Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov jurnaılistlərə açıqlamasında deyib ki, hadisə ilə bağlı azyaşlıların valideynləri ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət ediblər: "Ərizə əsasında həmin dayə Polis Şöbəsinə dəvət olunub və onun izahatı alınıb. Hadisə ilə bağlı müvafiq təhqiqat araşdırmaları aparılandan sonra dayənin etdiyi əmələ hüquqi qiymət veriləcək".

***

saat 12:39

Xəbər verdiyimiz kimi, Azərbaycanda dayənin uşağa şprislə işgəncə verməsi ilə bağlı video yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Bakının Yasamal rayonunda azyaşlıya işgəncə verən dayə barədə polisə şikayət daxil olub.  Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4896
avatar

Aytəkin Cəlali

Oxşar yazılar