Universitetlərdə tədris distant formada olacaq?: "Yaxın günlərdə..."  - YENİLƏNİB
02 sentyabr 2021 16:15 (UTC +04:00)

Universitetlərdə tədris distant formada olacaq?: "Yaxın günlərdə..." - YENİLƏNİB

"Yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur".

Lent.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək:

"Tədrisin bütün pillələr üzrə hansı tarixdə və formada təşkili ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək".

***

Sosial şəbəkələrdə Azərbaycan Universitetlərində 2021/2022-ci tədris ilinin distant formada başlaması barədə məlumatlar yer alıb.

Mövzu ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, bu barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, tədris ilinin başlamasına az müddət qalsa da, dərslərin hansı formada olacağı barədə rəsmi qərar verilməyib.

 

 

# 6357
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar