Üç ildə 17 mindən çox əlillik ləğv edilib -  RƏSMİ
09 iyul 2021 17:34 (UTC +04:00)

Üç ildə 17 mindən çox əlillik ləğv edilib - RƏSMİ

“Əsassız əlillik təyinatının aşkarlanması və ləğv edilməsi ən prioritet məsələlərdən biridir”.

Lent.az-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

Onun sözlərinə görə, agentlik mütəmadi olaraq monitorinq və araşdırmaları, əyani müayinələr davam etdirir: “Son 3 ildə 17 mindən çox əsassız əlillik təyinatı aşkarlanaraq ləğv edilib. Araşdırmalar həm əlillik təyinatı aparılmış şəxs haqqında müxtəlif dövlət strukturlarından alınan məlumatlar, sənədlər üzərindən, həm də əyani müayinələrlə aparılır. Əsassız təyin edilmiş əlilliklər ləğv edilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1542
avatar

Oxşar yazılar