Türkiyəyə vizasız yalnız yeni vəsiqələrlə getmək mümkün olacaq.
Bu barədə Lent.az-a DİN mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, Azərbaycan və Türkiyə vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədinin tələblərinə cavab verən yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.