Cahangirli Habil Həzər oğlu, Vətən müharibəsi qazisi
29 iyul 2021 17:34 (UTC +04:00)

Cahangirli Habil Həzər oğlu, Vətən müharibəsi qazisi

Türkiyədə müalicə olunan qazimiz vəfat etdi

Türkiyədə müalicə olunan Vətən müharibəsi qazisi, baş leytenant Cahangirli Habil Həzər oğlu vəfat edib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Azərbaycan Ordusunun baş leytenantı, Vətən müharibəsi qazisi, 1980-ci il təvəllüdlü Cahangirli Habil Həzər oğlu Ankarada, müalicə aldığı Hacettepe Universiteti Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Habil Cahangirli 1980-ci ildə, Lerik rayonunun Veri-Babakücə kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib, "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif edilib. 2020-ci ilin sonlarında baş leytenant kimi ordudan tərxis olunub.

Allah rəhmət eləsin!

# 4338
avatar

Oxşar yazılar