Son günlər sosial şəbəkələrdə 2017-ci ildə qar uçqununda həlak olmuş alpinistlər Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirəsinə quraşdırılmış lövhənin oğurlanmasına dair məlumatlar yayılıb.
Bununlq bağlı Lent.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov bildirib ki, sözügedən məsələ ilə bağlı Qusar RPŞ tərəfindən dərhal həmin ərazidə araşdırma aparılıb:
"Bürünc lövhə Qusar rayonu Tufandağın ətəyindəki Mahmuddərə ərazisindən tapılıb.
Ehtimal olunur ki, lövhənin quraşdırıldığı yerdən itməsinə qış aylarında olan qar uçqunları və ya sel səbəb səbəb olub".
Xatırladaq ki, 2017-ci ilin dekabrında Quba rayonunda dağlıq ərazidə itkin düşən "Gilavar" hava və ekstrim idman klubunun üzvlərinin cəsədləri 2018-ci il mayın 16-da tapılmışdı.