"Bu yaxınlarda yeni qərarlar elan olunacaq”.
Lent.az məlumat verir ki, bu sözləri TƏBİB-in Departament müdiri Yaqut Qarayeva AzTV-də “Günə birlikdə başlayaq” verilişində deyib. O bildirib ki, vətəndaşları narahat edən bir çox məsələlər var:
“İstər şadlıqlarımız, istərsə də insanların kütləvi toplaşmasına səbəb olan mərasimlərimizin hamısı hazırda müzakirə olunur. Bununla bağlı qaydalar hazırlanır”.
Yaqut Qarayevanın sözlərinə görə, müzakirələr arasında ictimai nəqliyyatla bağlı bir sıra məsələlər də var və yaxın günlərdə bu barədə də məlumat veriləcək.