Tovuzdan sel keçir - FAKTİKİ HAVA
24 iyun 2023 11:02 (UTC +04:00)

Tovuzdan sel keçir - FAKTİKİ HAVA

0

Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 

Qurumdan Lent.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qaxda 8 mm, Ordubadda 4 mm, Şahbuz, Sədərəkdə 3 mm, Şərur, Culfa, Gədəbəy, Göygöl, Şəki, Naxçıvan, Daşkəsən, Şəmkir, Tovuz, Balakən, Oğuz, Qusar, Tərtər, Yevlaxda 4 mm-dək olub. Şərur, Daşkəsən, Göygöl, Balakən, Şəki, Qrız, Şahdağda  duman müşahidə olunub. 

Tovuz rayonu ərazisindən keçən Ağdam Axıncaçaydan hazırda sel keçir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2745

Oxşar yazılar