Tövlədə işgəncə görən 87 yaşlı qadınla bağlı YENİ XƏBƏR:  SON FOTOLARI
03 iyun 2021 22:27 (UTC +04:00)

Tövlədə işgəncə görən 87 yaşlı qadınla bağlı YENİ XƏBƏR: SON FOTOLARI

“Səkinə nənə əmin əllərdədir”.

Lent.az məlumat verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov məlumat verib. O bildirib ki, Səkinə Həsənova artıq Sosial Xidmətlər Agentliyinin müəssisələrindən birisinin sakinidir.

M.Həşimov onun müəssisədən olan şəkillərini də paylaşıb.

Xatırladaq ki, 87 yaşlı Səkinə Həsənovanın tövlədə əl-qolu bağlanılaraq ac-susuz saxlanılması və ona işgəncə verilməsi barədə video yayılmışdı. 

Əlavə edək ki, S.Həsənovanın bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı Gədəbəy rayon Polis Şöbəsində cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq rayon prokurorluğuna göndərilib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

# 5898
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar