Ticarət və xidmət sahələri ilə bağlı  DAHA BİR QADAĞA
16 iyun 2021 18:21 (UTC +04:00)

Ticarət və xidmət sahələri ilə bağlı DAHA BİR QADAĞA

Ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağandır.

Lent.az-ın məlumatına görə, bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.

Kosmetika və ətriyyat satışı zamanı isə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağan edilib.

Sənədə əsasən, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti zamanı isə müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Qeyd edək ki, bu tələblər səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin 2021-ci il 07 iyun tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2607
avatar

Oxşar yazılar