Təyyarə qəzasında yaralanan 3 həmvətənimiz Qazaxıstandan vətənə gətiriləcək
30 dekabr 2024 21:56 (UTC +04:00)

Təyyarə qəzasında yaralanan 3 həmvətənimiz Qazaxıstandan vətənə gətiriləcək

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində xəsarət alan 3 Azərbaycan vətəndaşının Aktau hava limanına çatdırılmasına köməklik göstərib.

Lent.az xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə yaralılar hava limanından Azərbaycana göndəriləcək.

Məlumata görə, xəsarət alan üç nəfər Azərbaycan nümayəndə heyətinə təhvil verilib və onlar təyyarə ilə Azərbaycana aparılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3429

Oxşar yazılar