Təyyarə qəzasında həlak olan 13 yaşlı Məhəmmədəli Yeqanov dəfn olunub.
Lent.az APA-ya istinadla xəbər verir ki, onunla Xətai rayonunda keçirilən vida mərasimi başa çatandan sonra mərhum Sabunçu rayonunda tatar qəbiristanlığında torpağa tapşırılıb.
***
12:17
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən 13 yaşlı Məhəmmədəli Yeqanovla vida mərasimi keçirilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, vida mərasimi Xətai rayonunda mərhumun yaşadığı evdə baş tutub.
Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.
Mərhum Sabunçu rayonunda qəbiristanlıqda dəfn olunub.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.