İttiham aktı SƏSLƏNDİ - "Abzas Media" İŞİ
28 dekabr 2024 13:34 (UTC +04:00)

İttiham aktı SƏSLƏNDİ - "Abzas Media" İŞİ

"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxlər vəsatət verərək jurnalistlərin işə buraxılmasını istəyiblər.

Məhkəmə vəsastəti təmin edib.

Daha sonra dövlət ittihamçısı Rauf Malışov ittiham aktını səsləndirib.

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyib. Onlar işin mahiyyətinin aydın olmadığını söyləyiblər.

Proses yanvarın 21-də davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 984
avatar

Oxşar yazılar