Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə vətəndaşdan pul tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənovun məhkəmə prosesi keçiriləcək. Təranə Səmədovanın qızı keçiriləcək məhkəmə prosesində iştirak etməkdən imtina edib.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Paylaşımda deyilir:
"Bu gün Təranə Səmədzadənin məhkəməsidir. Qanuni nümayəndə kimi işyirak etməliyəm. Böyük qızı, ümumiyyətlə, məhkəməyə gəlməkdən imtina edir, balaca isə çox balacadır. Dünən özü ilə danışanda balacanın körpələr evinə gedəcəyini bildirdim. Böyük qızın anası ilə münasibətinin düzələcəyini düşünmürəm. Çox təəssüf, amma kaş ki, son şans verilə. Cəzasını evdə çəkə, balaca qızının ona çox ehtiyacı var."