Azərbaycanlı milyonçu Telman İsmayılovun 100 hektar torpağı müsadirə edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, İsmayılov həmin ərazini vaxtilə binaların tikintisi üçün istifadə etmək istəyirmiş.
Moskva vilayətində yerləşən sahə indi “Tekta” qrupun nəzarətinə keçib.
Məlumata görə, həmin ərazi kənd təsərrüfatı məqsədilə istifadə olunacaq.