Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələrə təsis edilən təqaüdün məbləği artırılıb.
Lentşaz-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.
Fərmana əsasən, Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 nəfər tələbə üçün təsis edilmiş Prezident təqadüdünün məbləği 210 manatdan 250 manata qaldırılıb.
Bu fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.