Tələbə krediti ilə bağlı  YENİ QAYDA
01 sentyabr 2022 16:04 (UTC +04:00)

Tələbə krediti ilə bağlı YENİ QAYDA

Təhsil Tələbə Krediti Fondu standart tələbə krediti üçün tələb olunan balı aşağı salıb.

Bu barədə Lent.az-a Təhsil Tələbə Krediti Fondundan xəbər verilib.

Bildirilib ki, Təhsil Tələbə Krediti Fondunun Himayəçilər Şurasının 31 avqust tarixində keçirilən iclasında qəbul olunmuş qərara əsasən, 1-ci kurs tələbələrin ilk semestrdə standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən ümumi balın aşağı həddi 250 olaraq müəyyən edilib.

Qəbul balı yalnız I kursun birinci semestri üçün keçərlidir. Növbəti semestrdən tələbənin qəbul balı deyil, tələbənin ümumi orta müvəffəqiyyət göstərici balı nəzərə alınacaq. Sosial təhsil tələbə krediti almaq üçün isə heç bir bal limiti yoxdur.

Qeyd edək ki, bu vaxta qədər tələbə qəbulu imtahanında toplanan ümumi balın aşağı həddi 300 bal idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2376
avatar

Fidan İlqar

Oxşar yazılar