Təhsil nazirinin əmri ilə Rüfət Əzizov Təhsil İnstitutuna direktor təyin edilib.
Bu barədə Lent.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O bildirib ki, Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. R. Əzizov 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Yaxın saatlarda Təhsil naziri Emin Əmrullayev Rüfət Əzizovu Təhsil İnstitutunun kollektivinə təqdim edəcək.