Təhsil naziri : COVID-19 pasportu ilə bağlı güzəşt olmayacaq
07 sentyabr 2021 14:30 (UTC +04:00)

Təhsil naziri: COVID-19 pasportu ilə bağlı güzəşt olmayacaq

“Ali təhsil sistemində üzbəüz təhsilə keçiddə böyük auditoriyalarda mühazirələrin əleyhinəyik”.

Lent.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, ali təhsil müəssisələrində tələbələrin say ilə bağlı məhdudiyyət olacaq:

"Mühazirələrdə təxminən 50-60 tələbənin iştirakı mümkün olacaq. Bununla bağlı hazırda qaydalar hazırlanır. Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər.

Bununla bağlı hər hansı güzəşt edəcəyimizi planlaşdırmırıq".

# 2973
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar