Təcili yardımın gecikməsinin ƏSAS SƏBƏBİ
22 dekabr 2020 15:21 (UTC +04:00)

Təcili yardımın gecikməsinin ƏSAS SƏBƏBİ

Azərbaycanda koronavirusla mübarizəyə cəlb olunmuş bütün səhiyyə strukturları gücləndirilmiş iş rejimində çalışırlar.

Lent.az-ın məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta Agentliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, son zamanlar koronavirus infeksiyasına yoluxmanın sayının artması təcili tibbi yardıma edilən müraciətlərin sayının da artmasına səbəb olub.

Pandemiyadan öncə “103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3000-ə, çağırışların sayı 1500-2000-ə yaxın idisə, hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2000-2500-ə yaxındır. İş yükünün artmasına baxmayaraq hər bir çağırış müvafiq qaydada icra olunur.  

Bəzən təcili tibbi yardıma ehtiyacı olmayan xəstələrin “103” xidmətinə çox sayda müraciəti telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar