Təcili yardım xidməti niyə gecikir? - RƏSMİ CAVAB
18 dekabr 2020 12:36 (UTC +04:00)

Təcili yardım xidməti niyə gecikir? - RƏSMİ CAVAB

0

"Son zamanlar koronavirus infeksiyasına yoluxmanın sayı artdığından təcili tibbi yardıma edilən müraciətlərin sayında da müvafiq artım qeyd edilir".

Lent.az məlumat verir ki, bu barədə Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva bildirib. O qeyd edib ki, pandemiyadan öncə “103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3 000-ə, çağırışların sayı 1 500-2 000-ə yaxın idisə, hal-hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2 000-2 500-ə yaxındır:

"Zənglərin əksəriyyəti sorğu və məlumat xarakterlidir. Təcili tibbi yardıma ehtiyacı olmayan xəstələr üçün də “103” xidmətinə çox sayda müraciət daxil olur ki, bu da telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur. COVID-19-la bağlı xəstələrin hospitalizasiyası zamanı xəstələrin yerləşdirilməsində yaranan müəyyən çətinliklər çağırışların ləngimə ilə icra edilməsinə səbəb olur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1968

Oxşar yazılar