“Traktorsazi” futbol klubu
05 oktyabr 2021 11:53 (UTC +04:00)

“Traktorsazi” futbol klubu

Təbriz klubundan paylaşım: “Arazın o tayı da, bu tayı da...”

On milyonlarla türkün sevimli “Traktorsazi” futbol klubu diqqət çəkən paylaşım edib.

Lent.az xəbər verir ki, klubun rəsmi “Twitter” səhifəsində 1985-ci ildə çəkilən “Qanlı zəmi” (“Atları yəhərləyin”) filmindən paylaşım edilib.

Paylaşımda Qaçaq Nəbinin iranlı məmura  dediyi “Arazın o tayı da, bu tayı da mənim doğma el obamdır. Elin o başı, bu başı olmaz” sözləri yer alıb.

Klubun şərh bölümündəki paylaşımı da diqqət çəkib. Belə ki, “Biz Azərbaycanlıyıq” haştağı ilə paylaşılan rəyə “Tərəfimiz bəllidir əllərimizdən” sözləri də əlavə olunub.

# 3051
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar