Tarix yazan TƏHSİLÇİLƏR  : Onlar kimlərdir?
05 oktyabr 2022 11:49 (UTC +04:00)

Tarix yazan TƏHSİLÇİLƏR : Onlar kimlərdir?

5 Oktyabr... Beynəlxalq Müəllimlər Günü..

Bu gün dünyada elmə töhfə verən, alim, professor yetişdirən müəllimlərin günüdür. O müəllimlər ki, ölkəmizə savadlı kadr yetişdirmək üçün bütün həyatlarını bu yola qurban verib. 

Həmin müəllimlər sırasında həyatını torpaq uğrunda qurban verənlər də az deyil. 44 günlük haqq savaşımızda sinəsini düşmən gülləsinə sipər edərək qəhrəmancasına vuruşdular. 

Lent.az bu özəl gündə tarix yazan təhsil işçilərinin siyahısını təqdim edir. Onları qürur və ehtiramla anırıq. 

Vüqar Vəliyev – Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbin Fiziki- tərbiyə müəllimi.

Famil Əhmədzadə - İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin Tarix müəllimi.

Rəşad Məmmədov – Gəncə şəhəri 16 nömrəli tam orta məktəbin Tarix müəllimi.  

Elvin İmaməliyev – Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru. 

Etiram Hüseynəli – Lənkəran şəhəri S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbin Çağırışaqədərki hazırlıq müəllimi.

Qoşqar Ömərov – Abşeron rayonu Masazır kənd 5 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi.

Həsən Məmmədli – Samux rayonu Çobanabadlı kənd tam orta məktəbinin Təsərrüfat müdiri.

Vidadi İsrafilov – Daşkəsən rayonu Gurbulaş kənd ümumi orta məktəbinin Riyaziyyat müəllimi. 

Elxan Rzayev – Sabirabad rayonu Qaraqaşlı kənd tam orta məktəbinin İnformatika müəllimi.

Xalid Nəciyev – Saatlı Rayon Təhsil Şöbəsinin əməkdaşı, Tarix-coğrafiya müəllimi.

Elgün Quliyev – Lerik rayonu Sars kənd ümumi orta məktəbin Tarix müəllimi. 

Tural Rəhimov – Cəlilabad rayonu Fərzili kənd ümumi orta məktəbin Kimya-biologiya müəllimi.

Rəvan Lətifov – Oğuz rayonu, Xaçmaz kənd tam orta məktəbin məktəbdənkənar dərs təşkilatçısı. 

Vidadi Əhmədov – Salyan Peşə Liseyinin texniki işçisi.

Əvdil Quliyev – Beyləqan rayonu Ə.Məmmədov adına Təzəkənd tam orta məktəbin çağırışaqədərki hazırlıq müəllimi.

Rabil İsmayılov – Gəncə şəhəri M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi. 

Emil Qurbanov – Lənkəran rayonu A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin çağırışaqədərki hazırlıq müəllimi.

Kənan Müzəffərli – Gədəbəy rayonu Dayaqarabulaq kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi.

Tural Sarıyev – Tovuz rayonu Hacılar kənd tam orta məktəbinin texnik işçisi.

Ceyhun Adıgözəlov – “Təhsil” Respublika İdman Mərkəzinin işçisi. 
 

# 3804
avatar

Fidan İlqar

Oxşar yazılar