Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev
22 mart 2021 14:13 (UTC +04:00)

Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev

Şuşadan Almaniyaya gələn Novruz tonqalının istiliyi

Vətən müharibəsindəki qalibiyyətə gedən yoldan bəhs edərkən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin dediyi "Vətən müharibəmizin şahidi olduğumuz tarixi fraqmentləri" ifadəsi yadıma düşür. Sonra gözümün önünə o şərəfli fraqmentlər gəlir: Murovun geri alınması, Suqovuşanın azad edilməsi, Cəbrayıl, Zəngilan və digər torpaqlarımız, ən sonda da Şuşamız. Eyni zamanda, gözümün önündə o günlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə güvənib özünü Vətən uğrunda fəda edən qəhrəman Vətən övladları canlanır. O övladlar ki, onlara biz bir Vətən borclandıq. Bəli, əvəzində nə versək, dəfələrlə azdır, çünki onlar bizə canları bahasına ən dəyərli şey bəxş etdilər.

Bu sözləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

O qeyd edib ki, sonra bütün bu tarixi fraqmentləri, dədə-baba yurdlarımızı və əzəli torpaqlarımızı, eləcə də bu müqəddəs qələbə nəticəsində bir daha özümüzə qaytardığımız milli kimliyimizi düşünəndə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilən güclü bir siyasətin olduğunun şahidi oluruq.

Dövlətimizin başçısının iki gün öncə Şuşanın müqəddəs Cıdır düzündə yandırdığı Novruz tonqalının nəinki tüstüsü, eləcə də o müqəddəs ocağın istiliyi Vətəndən kənarda, o cümlədən də Almaniyada hiss edildi. O istiliyi daha da doğmalaşdıran Prezident İlham Əliyevin çıxışında Vətən müharibəmizdə hər kəsin bir amal ətrafında birləşib dövlətlə vəhdət təşkil etməsini duymaq və xalqın dövlətimizin başçısına olan inam və sevgisini bir daha hiss etmək idi.

Həmin gün Azərbaycan Prezidenti həm də hər birimizə artıq həyata keçirilən ata vəsiyyətinin müqəddəsliyini nümayiş etdirdi. Artıq hər bir azərbaycanlı üçün müqəddəs olan Ana Vətən ata vəsiyyətinin icrası ilə bütövləşib./AZƏRTAC

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3537
avatar

Oxşar yazılar