Bakının Yasamal rayonunda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, may ayının 7-dən keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən “Mərkəzi Park” layihəsinin II mərhələsinin tikintisi və ətraf küçələrin bir hissəsinin yenidən qurulması məqsədilə Bəşir Səfəroğlu küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsi yenidənqurma işlərinə bağlanır.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.