Sürət qatarından istifadə edənlərə  ŞAD XƏBƏR
27 may 2021 17:49 (UTC +04:00)

Sürət qatarından istifadə edənlərə ŞAD XƏBƏR

Mayın 31-dən Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən sürət qatarlarının sayı artırılacaq.

" Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətinə 6605, 6607, 6609, 6611 nömrəli, Sumqayıt-Pirşağı-Bakı istiqamətinə isə 6602, 6614, 6616, 6618 və 6626 nömrəli qatarlar əlavə edilib.
 

# 2148
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar