Sumqayıtdakı bu restoranların sahibləri  CƏRİMƏLƏNDİ
16 iyul 2021 09:57 (UTC +04:00)

Sumqayıtdakı bu restoranların sahibləri CƏRİMƏLƏNDİ

Sumqayıtda karantin qaydalarını pozan restoran sahibləri cərimələnib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdiyi nəzarət tədbirləri zamanı Sumqayıtda “Sahil”, “Xəlifə”, “Aylı gecə” və “Love Palace” restoranlarında qanunvericiliyini tələblərinin pozulduğu məlum olub. Şənlik məclislərində obyekt sahibləri tərəfindən “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçiriləndən artıq iştirakçının qatıldığı müəyyən edilib.

Aşkarlanan pozuntularla bağlı restoran sahiblərinin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən karantin qaydalarının pozduqlarına görə 4000 manat cərimələnib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2439
avatar

Oxşar yazılar